Dövlət Turizm Agentliyinin Bakı-Abşeron Regional Turizm İdarəsinin rəisi Rauf Səfərov vəzifəsindən azad olunub.
Bizim.Media “Qaynarinfo.az”a istinadən xəbər verir ki, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin müvafiq əmri ilə Bakı-Abşeron Regional Turizm İdarəsinin rəisi vəzifəsinə Əliyeva-İskəndərova Elnarə Rüfət qızı təyin edilib.
Qeyd edək ki, Bakı-Abşeron Regional Turizm İdarəsi 2023-cü ildə yaradılıb və həmin ildən sözügedən qurumun rəisi Səfərov Rauf Gündüz oğlu olub. Elnarə Əliyeva-İskəndərova Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının üzvüdür.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta