AZ

“Nyukasl” bizə PSJ-dən daha münasib rəqib kimi görünür” – Bəhlul Mustafazadə 

“Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadə tarixi uğurdan sonra hava limanında jurnalistlərin suallarını cavablandırıb.

İdmanxeber.az xəbər verir ki, futbolçu pley-off mərhələsinə yüksəlmələrini dəyərləndirib:

“Pley-offa yüksəldiyimiz üçün şadıq, amma dünənki oyuna görə təəssüf edirik. Ümumilikdə bizim üçün yaxşı mövsüm oldu. Bu matç bizə böyük dərs olacaq.”

O, mümkün rəqiblərlə bağlı fikirlərini də bölüşüb:

“Səmimi olsaq, “Nyukasl” bizə PSJ-dən daha münasib rəqib kimi görünür. Amma hər ikisi çox güclü komandadır.”

Bəhlul Mustafazadə Çin klubuna transfer olunacağı ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib:

“Hələ ki rəsmi təklif yoxdur. İndidən nəsə demək düzgün olmaz.”

Seçilən
17
50
idmanxeber.az

10Mənbələr