AZ

Kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcmi 0,9 faiz artıb

Bakı, 28 yanvar, AZƏRTAC

2025-ci ildə kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz artıb.

Bu barədə AZƏRTAC-a Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən məlumat verilib.

Bildirilib ki, kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcminin dəyəri faktiki qiymətlərlə 14189.5 milyon manat təşkil edib. Bunun da 52,4 faizi (7441.0 milyon manat) heyvandarlıq sahəsinin, 47,6 faizi (6748.5 milyon manat) bitkiçilik sahəsinin payına düşüb.

Seçilən
86
50
azertag.az

10Mənbələr