AZ

Növbəti köç karvanı Məmmədbəyli kəndinə çatdı

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
ONN media xəbər verir ki, növbəti köç karvanı Zəngilan rayonunun Məmmədbəyli kəndinə çatıb.
Bu mərhələdə kəndə 20 ailə - 103 nəfər köçürülüb.
Qeyd edək ki, Məmmədbəyli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Seçilən
89
5
onn.az

10Mənbələr