AZ

Xankəndi, Xocalı və Ağdərəyə yola salınan köç karvanları çatıb YENİLƏNİB

ain.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yanvarın 30-da doğma yurduna yola salınan köç karvanı Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə, Xocalı rayonunun Xanyurdu və Təzəbinə kəndlərinə və Ağdərə rayonunun Həsənriz kəndinə çatıb.

"Unikal" xəbər verir ki, Kərkicahan qəsəbəsinə köçürülən 25 nəfərdən ibarət 5 ailəyə, Xanyurdu kəndinə 24 nəfərdən ibarət 6 ailəyə, Təzəbinə kəndinə 41 nəfərdən ibarət 8 ailəyə, Həsənriz kəndinə isə 52 nəfərdən ibarət 10 ailəyə mənzillərin açarları təqdim edilib 

Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

***12:32

Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə, Xocalı rayonunun Xanyurdu, Təzəbinə və Ağdərə rayonunun Həsənriz kəndlərinə növbəti köç karvanı yola salınıb.

"Unikal" xəbər verir ki, bu mərhələdə Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə 5 ailə - 25 nəfər, Xocalı rayonunun Xanyurdu kəndinə 6 ailə - 24 nəfər, Təzəbinə kəndinə 8 ailə - 41 nəfər, Ağdərə rayonunun Həsənriz kəndi isə 10 ailə - 52 nəfər daimi qayıdışı həyata keçirilir.

Bununla da ümumilikdə Xanyurdu kəndində 129 ailə (455 nəfər), Təzəbinə kəndinə isə 147 ailə (650 nəfər), Ağdərə rayonu Həsənriz kəndinə isə 724 ailə, (2718 nəfər) daimi qayıdışı təmin edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
45
19
unikal.az

10Mənbələr