ŞƏMKİR, 23 yanvar. TELEQRAF
Şəmkirdə bir nəfərin ölümü, daha bir nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, rayonunun İrmaşlı kənd sakini 1992-ci il təvəllüdlü Vüsal Rüstəmlinin idarə etdiyi "VAZ-2110" avtomobil Şiştəpə kənd sakini 1991-ci il təvəllüdlü Orxan Hüseynovunidarə etdiyi "Mitsubishi" markalı avtomobillə toqquşub.
Nəticədə"VAZ-2110" un sürücüsü hadisə yerində ölüb. Həmin avtomobildə olansərnişin 2020-ci il təvəllüdlü Adəm Rüstəmli isəxəsarət alıb.
Faktla bağlı araşdırma başlanılıb.