AZ

Şəmkirdə yol qəzasında ata ölüb, azyaşlı oğlu xəsarət alıb

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, rayonun İrmaşlı kənd sakini 1992-ci il təvəllüdlü Vüsal Rüstəmlinin idarə etdiyi "VAZ-2110" və Şiştəpə kənd sakini 1991-ci il təvəllüdlü Orxan Hüseynovun idarə etdiyi "Mitsubishi" markalı avtomobillər toqquşub. Nəticədə "VAZ-2110"nun sürücüsü ölüb, onun avtomobildə olan oğlu 2020-ci il təvəllüdlü Adəm Rüstəmli xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
36
7
apa.az

10Mənbələr