AZ

Şəmkirdə ata və oğlu qəzaya düşdü, biri öldü

Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sitat.info xəbər verir ki, rayonunun İrmaşlı kənd sakini 1992-ci il təvəllüdlü Vüsal Rüstəmlinin idarə etdiyi VAZ-2110 avtomobil Şiştəpə kənd sakini 1991-ci il təvəllüdlü Orxan Hüseynovun idarə etdiyi "Mitsubişi" markalı avtomobillə toqquşub.

Nəticədə VAZ-2110-un sürücüsü hadisə yerində ölüb.

Həmin avtomobildə olan sərnişin, V.Rüstəmlinin oğlu 2020-ci il təvəllüdlü Adəm Rüstəmli isə xəsarət alıb.

Faktla bağlı araşdırma başlanılıb./Teleqraf

Seçilən
39
7
sitat.info

10Mənbələr