AZ

Kukseviç: “Qələbə gələcək üçün inam verdi” – ARENA.AZ

Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Yevgeni Kukseviç Danimarka yığmasına qarşı keçirdikləri yoxlama matçını şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Bakı İdman Sarayında baş tutmuş ikinci yoxlama görüşündə Azərbaycan millisi 4:2 hesablı qələbəyə sevinib.

Yevgeni Kukseviç matçdan sonra Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlamasında bunları söyləyib:

“Bu iki oyun bizə böyük təcrübə qazandırdı. Oyun intizamını düzəltməyə çalışdıq. Çünki intizam bizim üçün vacib məqamdır. Bu oyunda bunu 90 faiz bacardıq. Oyunçuların əksəriyyəti gəncdir, çılğındır, bəzən emosiyalarını boğa bilmirlər. Bu da tədricən nizamlanacaq. İstedadlı, perspektiv vəd edən futzalçılarımız var. Onların gələcəkdə daha yaxşı olacaqlarına əminəm. Təcrübəli futzalçılarla birgə möhkəm kollektiv quracağıq. Qazanılan qələbə gələcək üçün inam verdi, özünəinamı artırdı.

İlk oyundan sonra rəqibə uyğun olaraq taktiki planda müəyyən dəyişiklik etdik. Futzalçılarla fərdi söhbətlər də apardıq. Ən əsası, intizam məsələsinə diqqət yetirdik. Təbii ki, bunlar tədricən düzələcək”.

Xatırladaq ki, bu komandalar arasında yanvarın 22-də keçirilmiş ilk oyunda Danimarka millisi 4:1 hesablı qələbəyə sevinmişdi.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
116
6
arena.az

10Mənbələr