AZ

Ötən il Azərbaycanla ABŞ arasında ticarət dövriyyəsi 1,5 milyard dolları ötüb

Bakı. Trend:

2025-ci ildə Azərbaycanla Amerika Birləşmiş Ştatları (ABŞ)arasında ticarət əməliyyatlarının həcmi 1,557 milyard ABŞ dollarıtəşkil edib.

Trend bubarədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu, 2024-cü ildəki göstərici ilə müqayisədə196,3 milyon ABŞ dolları və ya 11,2% azdır.

Hesabat dövründə ABŞ ilə ticarət dövriyyəsi Azərbaycanın ümumiticarət dövriyyəsinin 3,15%-i həcmində olub. Bununla da sözügedənölkə hesabat dövrü ərzində Azərbaycanın ən çox ticarətəməliyyatları apardığı ölkələr sırasında 6-cı pillədəqərarlaşıb.

Ötən il Azərbaycandan ABŞ-yə 61,8 milyon dollarlıq məhsul ixracıqeydə alınıb. Bu, 2024-cü illə müqayisədə 73,2 milyon ABŞ dollarıvə ya 2,2 dəfə azdır.

Hesabat dövründə ABŞ-dən Azərbaycana isə 1,495 milyard ABŞdolları dəyərində ixrac əməliyyatları icra olunub ki, bu da 2024-cüillə müqayisədə 123 milyon ABŞ dolları və ya 7,6% azalma deməkdir.Bununla da hesabat dövründə ABŞ Azərbaycanın ən çox məhsul idxaletdiyi ölkələr sırasında 4-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycan xarici ölkələrlə 49,423milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu,əvvəlki ilə nisbətən 1,810 milyard dollar və ya 3,8% çoxdur.

Xarici ticarət dövriyyəsinin 25,043 milyard ABŞ dolları ixracın,24,380 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildəixrac 1,5 milyard dollar və ya 5,7% azalıb, idxal isə 3,322 milyarddollar və ya 15,8% artıb.

Yekunda xarici ticarətdə 663 milyon dollarlıq müsbət saldoyaranıb ki, bu da illik müqayisədə 4,833 milyard dollar və ya 8,3dəfə azdır.

Seçilən
27
13
az.trend.az

10Mənbələr