Bakı. Trend:
2025-ci ildə Azərbaycanla Rusiya arasında ticarətəməliyyatlarının həcmi 4,920 milyard ABŞ dolları təşkil edib.
Trend bubarədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu, 2024-cü ildəki göstərici ilə müqayisədə120,4 milyon ABŞ dolları və ya 2,5% çoxdur.
Hesabat dövründə Rusiya ilə ticarət dövriyyəsi Azərbaycanınümumi ticarət dövriyyəsinin 10,08%-i həcmində olub. Bununla daRusiya hesabat dövrü ərzində Azərbaycanın ən çox ticarətəməliyyatları apardığı ölkələr sırasında 3-cü pillədəqərarlaşıb.
Ötən il Azərbaycandan Rusiyaya 1,184 milyard dollarlıq məhsulixracı qeydə alınıb. Bu, 2024-cü illə müqayisədə 5,4 milyon ABŞdolları və ya 0,5% çoxdur.
Dövr ərzində Rusiyaya ixrac əməliyyatlarının 1,174 milyard ABŞdolları qeyri-neft məhsullarının payına düşüb ki, bu da illikmüqayisədə 12,4 milyon ABŞ dolları və ya 1,1% çoxdur. Rusiyayaqeyri-neft məhsulları ixracı Azərbaycanən ümumi ixracının 34,62%-nitəşkil edib ki, bunula da sözügedən ölkə Azərbaycanın ən çoxqeyri-neft məhsulları alıcısına çevrilib.
Hesabat dövründə Rusiyadan Azərbaycana isə 3,736 milyard ABŞdolları dəyərində ixrac əməliyyatları icra olunub ki, bu da 2024-cüillə müqayisədə 115 milyon ABŞ dolları və ya 3,2% artım deməkdir.Bununla da hesabat dövründə Rusiya Azərbaycanın ən çox məhsul idxaletdiyi ölkələr sırasında Çindən sonra ikinci pillədəqərarlaşıb.
Qeyd edək ki, 2025-ci ildə Azərbaycan xarici ölkələrlə 49,423milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu,əvvəlki ilə nisbətən 1,810 milyard dollar və ya 3,8% çoxdur.
Xarici ticarət dövriyyəsinin 25,043 milyard ABŞ dolları ixracın,24,380 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildəixrac 1,5 milyard dollar və ya 5,7% azalıb, idxal isə 3,322 milyarddollar və ya 15,8% artıb.
Yekunda xarici ticarətdə 663 milyon dollarlıq müsbət saldoyaranıb ki, bu da illik müqayisədə 4,833 milyard dollar və ya 8,3dəfə azdır.