AZ

Ötən il azadlığa buraxılan 480 nəfər qiymətləndirmə prosesinə cəlb edilib

2025-ci ildə ümumilikdə penitensiar müəssisələrdə cəzaçəkmədən azad edilmiş 480 nəfər qiymətləndirmə prosesinə cəlb edilib ki, onlardan 73-ü əfv sərəncamı ilə azadlığa çıxan şəxslər olub. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov bildirib.

"Azad edilmiş şəxslərdən 3 nəfər müvəqqəti olaraq Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzinə yerləşdirilib.  Ötən il ərzində Agentliyin əməkdaşları tərəfindən Penitensiar Xidmətin 22 cəzaçəkmə müəssisəsində və 3 istintaq təcridxanasında 388 nəfər anket sorğusu vasitəsilə qiymətləndirilib. Yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisədə 25 nəfər yeniyetmə ilə sosial-psixoloji adaptasiya işi aparılıb",-o vurğulayıb.

Aytac

Seçilən
127
2
anews.az

4Mənbələr