AZ

2025-ci ildə 480 nəfər penitensiar müəssisələrdən azad edilmiş şəxslər qiymətləndirilib

2025-ci ildə penitensiar müəssisələrdən cəzaçəkmədən azad edilmiş 480 nəfər qiymətləndirmə prosesinə cəlb olunub, onlardan 73-ü əfv sərəncamı ilə azad edilmiş şəxslər olub. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov bildirib. 

O qeyd edib ki, 3 nəfər müvəqqəti olaraq Sosial Adaptasiya Mərkəzinə yerləşdirilib.

Agentlik əməkdaşları 22 cəzaçəkmə müəssisəsi və 3 istintaq təcridxanasında 388 nəfəri anket sorğusu ilə qiymətləndirib.

Yetkinlik yaşına çatmayanlarla bağlı penitensiar müəssisələrdə 25 yeniyetmə ilə sosial-psixoloji adaptasiya işi aparılıb.

Aytac Zeynalova 

Seçilən
37
1
anews.az

4Mənbələr