Afrika Millətlər Kubokunda üçüncü yerin sahibi müəyyənləşib.
QOL.az xəbər verir ki, Kasablankadakı "V Məhəmməd" stadionunda baş tutan həlledici görüşdə Misir və Nigeriya yığmaları üz-üzə gəlib.
Qarşılaşmanın əsas vaxtında qapılara qol vurulmayıb. Qalibi müəyyən etmək üçün təyin olunan penaltilər seriyasında isə Nigeriya millisi rəqibindən üstün olub - 4:2.
Qeyd edək ki, Misir yığmasının kapitanı Məhəmməd Salah penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib və komandasını məyus edib.
Xatırladaq ki, yarımfinal mərhələsində Nigeriya Mərakeşə, Misir isə Seneqala məğlub olmuşdu. Turnirə yanvarın 18-də yekun vurulacaq.