AZ

Afrika Millətlər Kubokunun bürünc mükafatçısı müəyyənləşdi

Afrika Millətlər Kubokunda üçüncü yerin sahibi müəyyənləşib.

Fanat.Az xəbər verir ki, Kasablankadakı "V Məhəmməd" stadionunda baş tutan həlledici görüşdə Misir və Nigeriya yığmaları üz-üzə gəlib.

Qarşılaşmanın əsas vaxtında qapılara qol vurulmayıb. Qalibi müəyyən etmək üçün təyin olunan penaltilər seriyasında isə Nigeriya millisi rəqibindən üstün olub - 4:2.

Qeyd edək ki, Misir yığmasının kapitanı Məhəmməd Salah penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib.

Xatırladaq ki, yarımfinal mərhələsində Nigeriya Mərakeşə, Misir isə Seneqala məğlub olmuşdu. Turnirə yanvarın 18-də yekun vurulacaq.

Seçilən
40
6
fanat.az

7Mənbələr