Afrika Millətlər Kubokunda üçüncü yerin sahibi müəyyənləşib.


Rekord.az xəbər verir ki, Kasablankada baş tutan həlledici görüşdə Misir və Nigeriya yığmaları üz-üzə gəlib.


Qarşılaşmanın əsas vaxtında qapılara qol vurulmayıb. Qalibi müəyyən etmək üçün təyin olunan penaltilər seriyasında isə Nigeriya millisi rəqibindən üstün olub - 4:2.


Misir yığmasının kapitanı Məhəmməd Salah penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib və komandasını məyus edib.


Yarımfinal mərhələsində Nigeriya Mərakeşə, Misir isə Seneqala məğlub olmuşdu. Turnirə yanvarın 18-də yekun vurulacaq.