“Şamaxı” klubunun sabiq hücumçusu Conatan Benteke futbolçu karyerasını başa vurduqdan sonra həyatında köklü dəyişiklik edib.
Publika.az xəbər verir ki, o, 2025-ci ildə 30 yaşında karyerasını Azərbaycanda başa vurduqdan sonra biznes sahəsində yeni yol seçib. O, şəxsi şirniyyat mağazasını açıb.
Belçikalı sabiq forvard “Kristal Pelas”dakı çıxışı ilə tanınırdı. O, 2016-cı ildə İngiltərə Premyer Liqasında yeganə matçına çıxıb və həmin görüşdə ulduz qardaşı Kristian Bentekenin əvəzinə meydana daxil olub. Conatan Benteke məhz bu epizodu futbol karyerasının ən yaddaqalan anlarından biri kimi xatırlayır.
Bundan başqa, o, “Oldem Atletik” klubunda Liqa 1 və Liqa 2-də çıxış edib. Bentekenin futbol yolu Azərbaycandan savayı Belçika, Kipr, Almaniya, ABŞ, və Lüksemburqu əhatə edib. O, ötən il karyerasını rəsmən başa vurub.
