AZ

Ulduz futbolçu karyerasını başa vurdu

Fransa millisinin sabiq mərkəz müdafiəçisi Mamadu Sako peşəkar futbolla vidalaşdığını elan edib.

Msport.az xəbər verir ki, 35 yaşlı futbolçu bu qərarını Fransa kubokunun 1/16 final mərhələsi çərçivəsində keçirilən PSJ – “Paris” matçı zamanı meydanda açıqlayıb.

Sako karyerası ərzində “Liverpul”, “Kristal Pelas” və “Monpelye” kimi klublarda çıxış edib. Onun son iş yeri Gürcüstanın “Torpedo” (Kutaisi) komandası olub. Təcrübəli müdafiəçi Kutaisi təmsilçisinin heyətində 19 matçda meydana çıxıb.

Qeyd edək ki, PSJ-nin yetirməsi olan Sako Fransa yığmasının heyətində keçirdiyi 29 oyunda 2 qol vurub.

Seçilən
29
50
msport.az

10Mənbələr