AZ

Azərbaycan “Avroviziya”da neçənci çıxış edəcək?

“Avroviziya 2026” mahnı müsabiqəsinin yarımfinalının püşkatma mərasimi keçirilib.

Publika.az xəbər verir ki, Vyanada keçiriləcək yarışmada Azərbaycan müsabiqənin ikinci yarımfinalında birinci hissədə çıxış edəcək. İkinci yarımfinal mayın 14-də keçiriləcək.

Azərbaycanla birlikdə həmin gün səhnəyə Bolqarıstan, Çexiya, Lüksemburq, Rumıniya, İsveçrə, Albaniya, Avstraliya, Kipr, Danimarka, Latviya, Malta, Norveç, Ukrayna, Ermənistan təmsilçiləri də çıxacaq.

Birinci yarımfinalda isə Xorvatiya, Finlandiya, Gürcüstan, Yunanıstan, Portuqaliya, Moldova, İsveç, Belçika, Estoniya, İsrail, Litva, Monteneqro, Polşa, San-Marino, Serbiya təmsilçiləri yer alacaqlar.

Yarışmanın birinci yarımfinalı mayın 12-də, final isə 16-da keçiriləcək.

Seçilən
27
2
publika.az

4Mənbələr