AZ

Azərbaycan “Avroviziya”da neçənci çıxış edəcək?

ain.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.

“Avroviziya 2026” mahnı müsabiqəsinin yarımfinalının püşkatma mərasimi keçirilib.

Axşam.az xəbər verir ki, Vyanada keçiriləcək yarışmada Azərbaycan müsabiqənin ikinci yarımfinalında birinci hissədə çıxış edəcək. İkinci yarımfinal mayın 14-də keçiriləcək. 

Azərbaycanla birlikdə həmin gün səhnəyə Bolqarıstan, Çexiya, Lüksemburq, Rumıniya, İsveçrə, Albaniya, Avstraliya, Kipr, Danimarka, Latviya, Malta, Norveç, Ukrayna, Ermənistan təmsilçiləri də çıxacaq. 

Birinci yarımfinalda isə Xorvatiya, Finlandiya, Gürcüstan, Yunanıstan, Portuqaliya, Moldova, İsveç, Belçika, Estoniya, İsrail, Litva, Monteneqro, Polşa, San-Marino, Serbiya təmsilçiləri yer alacaqlar. 

Yarışmanın birinci yarımfinalı mayın 12-də, final isə 16-da keçiriləcək.

Qeyd edək ki, ötən il müsabiqədə 436 balla Avstriya - "JJ" ləqəbi ilə tanınan Yohannes Piç adlı müğənni “Wasted love” mahnısı ilə birinci olub. 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
49
2
axsam.az

4Mənbələr