AZ

Azərbaycan “Avroviziya 2026”da səhnəyə çıxacaq

“Avroviziya 2026” mahnı müsabiqəsinin yarımfinalının püşkatma mərasimi keçirilib.

Doğru.az xəbər verir ki, Vyanada təşkil olunacaq yarışmada Azərbaycan ikinci yarımfinalın birinci hissəsində səhnəyə çıxacaq. İkinci yarımfinal mayın 14-də keçiriləcək.

Azərbaycanla birlikdə həmin gün səhnəyə Bolqarıstan, Çexiya, Lüksemburq, Rumıniya, İsveçrə, Albaniya, Avstraliya, Kipr, Danimarka, Latviya, Malta, Norveç, Ukrayna və Ermənistan təmsilçiləri çıxacaq.

Birinci yarımfinal isə mayın 12-də baş tutacaq və orada Xorvatiya, Finlandiya, Gürcüstan, Yunanıstan, Portuqaliya, Moldova, İsveç, Belçika, Estoniya, İsrail, Litva, Monteneqro, Polşa, San-Marino və Serbiya iştirak edəcək. Final mayın 16-da keçiriləcək.

Qeyd edək ki, ötən il müsabiqədə Avstriya təmsilçisi Yohannes Piç (“JJ”) “Wasted Love” mahnısı ilə 436 balla birinci olub.

Mənbə: Axşam.az

Seçilən
6
2
dogru.az

4Mənbələr