Bakı. Trend:
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədovölkəmizdə səfərdə olan ABŞ-nin Ticarət və İnkişaf Agentliyininregional direktoru Karl Kressin rəhbərlik etdiyi nümayəndə heyətiilə görüşüb.
Bu barədə Trend-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindənməlumat verilib.
Görüşdə Azərbaycanla ABŞ arasında məzmunca zənginləşən stratejiəməkdaşlıqdan məmnunluq ifadə olunub. Nazirliklə ABŞ-nin Ticarət vəİnkişaf Agentliyi arasında dəmiryol infrastrukturu,telekommunikasiya, kosmik texnologiyalar, süni intellekttexnologiyaları üçün data mərkəzlərinin tikintisi üzrə əməkdaşlığınperspektivlərinə dair fikir mübadiləsi aparılıb.