AZ

ABŞ ilə süni intellekt üzrə data mərkəzlərinin tikintisini müzakirə edildi

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov ölkəmizdə səfərdə olan ABŞ-nin Ticarət və İnkişaf Agentliyinin regional direktoru Karl Kressin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Bakıvaxtı.az-a Nazirlikdən bildirilib.

Görüşdə Azərbaycanla ABŞ arasında məzmunca zənginləşən strateji əməkdaşlıqdan məmnunluq ifadə olunub.

Eyni zamanda Nazirliklə ABŞ-nin Ticarət və İnkişaf Agentliyi arasında dəmiryol infrastrukturu, telekommunikasiya, kosmik texnologiyalar, süni intellekt texnologiyaları üçün data mərkəzlərinin tikintisi üzrə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Seçilən
47
7
bakivaxti.az

9Mənbələr