AZ

Azərbaycan və ABŞ arasında data mərkəzlərinin tikintisi üzrə əməkdaşlıq müzakirə olunub

BAKI,TurkicWorld

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov ölkəmizdə səfərdə olan ABŞ-nin Ticarət və İnkişaf Agentliyinin regional direktoru Karl Kressin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə TurkicWorld-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

Görüşdə Azərbaycanla ABŞ arasında məzmunca zənginləşən strateji əməkdaşlıqdan məmnunluq ifadə olunub. Nazirliklə ABŞ-nin Ticarət və İnkişaf Agentliyi arasında dəmiryol infrastrukturu, telekommunikasiya, kosmik texnologiyalar, süni intellekt texnologiyaları üçün data mərkəzlərinin tikintisi üzrə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Seçilən
33
7
turkic.world

9Mənbələr