Bir həftəlik fasilədən sonra şimal rayonlarının dağlıq ərazilərinə qar yağır.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, gecə saatlarından başlayaraq Qubanın Qrız, Xınalıq və Qusarın Ləzə kəndlərinə qar yağmağa başlayıb.
Quba Şimal-Şərq Hidrometeorologiya Mərkəzindən Bizim.Media-ya verilən məlumata görə, Qrızda qarın hündürlüyü 5, Ləzədə 4 sm təşkil edir.
Şimal bölgəsində son günlər havanın temperaturu da yüksəlib. Bu gün səhər saatlarında Qrız kəndində -2 dərəcə təşkil edib.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta