AZ

Qrızda qarın hündürlüyü 5 sm-ə çatıb – FOTO

Bir həftəlik fasilədən sonra şimal rayonlarının dağlıq ərazilərinə qar yağır.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, gecə saatlarından başlayaraq Qubanın Qrız, Xınalıq və Qusarın Ləzə kəndlərinə qar yağmağa başlayıb.

Quba Şimal-Şərq Hidrometeorologiya Mərkəzindən Bizim.Media-ya verilən məlumata görə, Qrızda qarın hündürlüyü 5, Ləzədə 4 sm təşkil edir.

Şimal bölgəsində son günlər havanın temperaturu da yüksəlib. Bu gün səhər saatlarında Qrız kəndində -2 dərəcə təşkil edib.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Seçilən
46
1
bizim.media

2Mənbələr