ain.az, Bizim media saytına istinadən bildirir.
Bir həftəlik fasilədən sonra şimal rayonlarının dağlıq ərazilərinə qar yağır.Bizim.Media-nın yerli bürosu xəbər verir ki, gecə saatlarından başlayaraq Qubanın Qrız, Xınalıq və Qusarın Ləzə kəndlərinə qar yağmağa başlayıb.Quba Şimal-Şərq Hidrometeorologiya Mərkəzindən Bizim.Media-ya verilən məlumata görə, Qrızda qarın hündürlüyü 5, Ləzədə 4 sm təşkil edir.Şimal bölgəsində son günlər havanın temperaturu da yüksəlib. Bu gün səhər saatlarında Qrız kəndində -2 dərəcə təşkil edib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.