Goranboyda 56 yaşlı kişi dəm qazından boğularaq ölüb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, Goranboy rayon sakini, 1969-cu il təvəllüdlü N. İsmayılzadə yaşadığı evin vanna otağında dəm qazından zəhərlənərək həyatını itirib.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.