AZ

Yaşlı kişi dəm qazından boğulub öldü

Goranboyda 56 yaşlı kişi dəm qazından boğularaq ölüb.

    Metbuat.az Apa-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, Goranboy rayon sakini, 1970-ci il təvəllüdlü N. İsmayılzadə yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək həyatını itirib.

    Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

    Seçilən
    60
    5
    metbuat.az

    6Mənbələr