AZ

Goranboy sakini dəm qazından boğularaq ÖLDÜ

Goranboyda 56 yaşlı kişi dəm qazından boğularaq ölüb.

Redaktor.az-ın məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, Goranboy rayon sakini, 1970-ci il təvəllüdlü N. İsmayılzadə yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək həyatını itirib.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır (APA).

Seçilən
73
5
redaktor.az

6Mənbələr