AZ

"Mançester Siti" qanalı futbolçunun transferini açıqladı

"Bornmut"un futbolçusu Antuan Semenyonun digər İngiltərə təmsilçisi "Mançester Siti"yə transferi rəsmiləşib.

Fanat.Az xəbər verir ki, məlumatı "şəhərlilər"in mətbuat xidməti yayıb.

26 yaşlı Semenyo 5,5 illik müqaviləyə imza atıb. 

Artıq Mançester komandasının düşərgəsində olan qanalı vinger gələn həftənin çərşənbə axşamı "Nyukasl"a qarşı keçiriləcək Liqa Kubokunun yarımfinal mərhələsinin ilk oyununda debüt edə bilər.

Karyerası ərzində "Bristol Siti", "Bat Siti", "Nyuport Kaunti" və "Sanderlend" kimi klublarda çıxış etmiş A.Semenyo, 2022/2023 mövsümündə "Bornmut"a keçib. O, Premyer Liqa təmsilçisinin heyətində 110 oyunda meydana çıxıb.

Nihat

Seçilən
2
18
fanat.az

10Mənbələr