AZ

“Mançester Siti” 70 milyonluq yeni transferi açıqladı

style='margin-bottom:10px;'>

“Mançester Siti” Bornmut”un vingeri Antuan Semenyonun transferini rəsmən açıqlayıb. 

QOL.az xəbər verir ki, bu barədə “şəhərlilər”in rəsmi saytı məlumat yayıb.

Tərəflər arasında 5,5 illik müqavilə imzalanıb. Mətbuatda yer alan xəbərlərə görə, transferin dəyəri 75 milyon avro (65 milyon funt sterlinq) təşkil edib.

Qeyd olunur ki, Qana millisinin üzvü olan Semenyo İngiltərə Premyer Liqasının dörd klubu – “Çelsi”, “Tottenhem”, “Liverpul” və “Mançester Yunayted”dən gələn təklifləri geri çevirərək “Mançester Siti”ni seçib. Transferin baş tutmasında futbolçunun Xosep Qvardiolanın rəhbərliyi altında oynamaq istəyi həlledici rol oynayıb.

Cari mövsümdə Premyer Liqada 20 oyun keçirən 25 yaşlı vinger 10 qol vurub və 3 məhsuldar ötürmə edib.

Seçilən
68
18
teleqraf.com

10Mənbələr