"Mançester Siti" Antuan Semenyonun transferini rəsmən açıqlayıb.

Offsideplus.az xəbər verir ki, qanalı futbolçu ilə 2031-ci ilin yayına qədər müqavilə imzalanıb.

Semenyo yeni komandasında 42 nömrəli formanı geyinəcək.

O, 2023-cü ildən etibarən "Bornmut"da çıxış edirdi. 26 yaşlı vinger cari mövsüm Premyer Liqada 20 oyunda 10 qol vurmağı bacarıb.