BAKI, 5 yanvar. TELEQRAF
“Çelsi” klubu “Real Madrid”in braziliyalı futbolçusu Vinisius Junior üçün təklif hazırlayır.
Teleqraf “The Guardian” nəşrinə istinadən xəbər verir ki, London təmsilçisi 24 yaşlı oyunçunu heyətinə qatmaq üçün 135 milyon funt sterlinq (təxminən 158–160 milyon avro) ödəməyə razıdır.
Ulduz futbolçu üçün əsas maraq göstərənlərdən biri Premyer Liqa, digəri isə Səudiyyə Ərəbistanın adı açıqlanmayan klubudur. "Real Madrid” Vinisiusun təkliflərini dəyərləndirməyə hazırdır.
Qeyd edək ki, Vinisiusun"Real Madrid"lə müqaviləsi 2027-ci ilə qədərdir.