“Çelsi” klubu “Real”ın vingeri Vinisius Juniorun transferində maraqlıdır.
Publika.az "The Guardian"a istinadən xəbər verir ki, İngiltərə təmsilçisi 25 yaşlı futbolçu üçün 135 milyon funt sterlinq (156 milyon avrodan çox) təklif etməyə hazırdır.
Mənbənin iddiasına əsasən, Vinisius Madrid klubundakı mövcud vəziyyətindən narazıdır və bu səbəbdən müqaviləsini uzatmağı planlaşdırmır. Tərəflər arasındakı hazırkı sözləşmə 2027-ci ilin yayına qədər qüvvədədir.
Braziliyalı ulduz 2018-ci ildən “Real”ın formasını geyinir. Bu müddətdə o, komanda ilə birlikdə üç dəfə İspaniya çempionu olub, iki dəfə Çempionlar Liqasının qalibi adını qazanıb.