“Çelsi” “Real”ın hücumçusu Vinisius Juniorun transferində maraqlıdır.
Msport.az xəbər verir ki, London təmsilçisi 25 yaşlı braziliyalı futbolçu üçün 160 milyon avroluq təklif irəli sürməyə hazırdır.
“Zadəganlar” oyunçunu razı salmağa çalışırlar. Vinisius 2018-ci ilin iyulunda “kral klubu”na transfer olunub. O, 2025/2026 mövsümündə madridlilərin heyətində bütün turnirlərdə 25 oyunda iştirak edib, 5 qol vurub və 8 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Vinisius Juniorun “Real”la mövcud müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər qüvvədədir.