GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
“ABŞ-ın Venesuela Prezidenti Nikolas Maduroya qarşı keçirdiyi əməliyyatdan sonra maraqlı detal diqqət çəkib. Əməliyyat zamanı Maduronun geyindiyi idman dəsti qısa müddətdə ABŞ-da böyük maraq doğurub və məhsulun satış stokları tükənib”.
Globalinfo.az xəbər verir ki, bu barədə CNN nəşri məlumat yayıb.
“ABŞ Prezidenti Donald Tramp yerli vaxtla gecə saatlarında Nikolas Maduroya qarşı genişmiqyaslı əməliyyat aparıldığını və Maduronun həyat yoldaşı Siliya Floreslə birlikdə ölkə xaricinə çıxarıldığını açıqlayıb. Trampın sosial şəbəkədə paylaşdığı və Maduronun saxlanıldığı anı əks etdirən foto qısa zamanda dünya gündəminə çevrilib.
Fotoda Maduronun üzərində olan, dünyaca məşhur markaya məxsus idman dəsti sosial mediada geniş müzakirələrə səbəb olub.
Şəklin yayılmasından sonra ümumi dəyəri 260 dollar olan idman dəstinin ABŞ-dakı satışları sürətlə artıb və məhsul ən çox satılanlar siyahısında ilk sıraya yüksəlib. Nəticədə idman dəstinin ölkə üzrə bütün stoklarının tükəndiyi bildirilib”, – deyə qeyd edilib.
Safura Bənnayeva
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.