ain.az bildirir, GlobalInfo portalına istinadən.
“Venesuela prezidenti vəzifəsini icra edən Delsi Rodrigezin vəziyyəti həbsdə olan Nikolas Madurodan daha pis ola bilər”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“Əgər o, düzgün iş görməsə, böyük hesab ödəməli olacaq”, – deyə Ağ Ev rəhbəri bildirib.
Donald Tramp daha əvvəl vurğulamışdı ki, ABŞ hazırda Venesuelada seçkilərdən daha çox neft infrastrukturunun bərpası barədə düşünür.
Qeyd edək ki, yanvarın 3-də ABŞ qüvvələri Venesuela paytaxtında və ölkə daxilindəki hədəflərə hava hücumları təşkil edib. Prezident Nikolas Maduro və birinci xanım Siliya Flores saxlanılaraq Nyu-Yorka gətirilib.
Əliyar Xəlil
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.