ABŞ prezidenti Donald Tramp hesab edir ki, Ukraynanın faydalı qazıntıları ilə bağlı əldə olunan razılaşmalar Vaşinqtona Kiyevin dəstəklənməsinə xərclənən bütün vəsaiti geri qaytarmağa və əlavə gəlir əldə etməyə imkan verəcək.
Tramp bunu Uest-Palm-Biçdən Vaşinqtona qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, ABŞ-ın Ukraynaya dəstəyi əslində ölkə üçün xərc yaratmır, əksinə gəlir gətirir.
ABŞ prezidenti qeyd edib ki, əvvəlki administrasiya dövründə Ukraynaya 350 milyard dollar həcmində yardım göstərilib.
Tramp əlavə edib ki, nadir torpaq elementləri ilə bağlı razılaşma sayəsində bu vəsaitin əhəmiyyətli hissəsi artıq geri qaytarılıb.
APA
Tarix: 5 Yanvar 2026, 09:06