AZ

Ali Məhkəmə Venesuelanın idarəçiliyini vitse-prezidentə həvalə edib

Venesuelanın Ali Məhkəməsi ölkənin idarə olunmasını müvəqqəti olaraq vitse-prezident Delsi Rodriqezə həvalə edib.

 

Bu barədə yerli "Venezolana de Television" telekanalında hakim Tania Damelio məlumat verib.

 

Onun sözlərinə görə, Venesuela Ali Məhkəməsi ölkənin icraçı vitse-prezidenti Delsi Rodrigezə Venesuela Konstitusiyasına və qanunlarına uyğun olaraq dərhal respublika prezidentinin səlahiyyətlərini yerinə yetirməyi tapşırıb.

 

Hakim izah edib ki, bu qərar Ali Məhkəmənin Konstitusiya Palatası tərəfindən 2026-cı il yanvarın 3-də baş vermiş xarici hərbi təcavüz və Venesuelanın konstitusiya prezidenti Nikolas Maduronun oğurlanması ilə əlaqədar verilib.

 

Yeri gəlmişkən, əvvəllər ABŞ Prezidenti Donald Tramp Floridadakı Mar-a-Laqo iqamətgahında keçirdiyi mətbuat konfransında bildirmişdi ki, Venesuela vitse-prezidenti Amerika dövlət katibi Marko Rubio ilə telefon danışığı zamanı ABŞ ilə əməkdaşlıq etməyə hazır olduğunu bəyan edib.

Seçilən
143
50
senzor.az

10Mənbələr