Fransa beynəlxalq münasibətlərdə artan gərginlik və güc fonunda daha sərt və qəddar bir siyasətə hazırlaşır.
AZƏRTAC xəbər verir ki, nazir bu fikirləri Fransanın xarici işlər naziri Jan-Noel Barro ABŞ-ın Venesuela Prezidenti Nikolas Maduronu ələ keçirmək üçün apardığı əməliyyat zamanı yaranan geosiyasi vəziyyəti şərh edərkən bildirib. Barro qeyd edib ki, Nikolas Maduro venesuelalıların azadlıqlarını əlindən alan və seçkiləri saxtalaşdıran vicdansız diktator olub. Nazir deyib ki, onun hakimiyyətdən getməsi Venesuela xalqı üçün müsbət haldır. Bununla yanaşı, Fransa ABŞ-ın hərbi müdaxilə üsulunun beynəlxalq hüquq prinsiplərinə zidd olduğunu da açıq şəkildə xatırladıb.
“Gücdən istifadə yalnız qaydalar çərçivəsində mümkündür, əks halda dünya güclünün qanunu ilə idarə olunan təhlükəli məkana çevrilər”, - deyə nazir vurğulayıb.
Jan-Noel Barro əlavə edib ki, Fransa bu reallığı nəzərə alaraq hərbi, iqtisadi, həm də mənəvi baxımdan möhkəmlənməlidir. Onun sözlərinə görə, məqsəd artan təhlükələr qarşısında ölkəni və Avropanı müdafiə edə biləcək gücdə olmaqla yanaşı, beynəlxalq hüquq, sərhədlərin toxunulmazlığı və xalqların öz müqəddəratını təyin etməsi kimi prinsipləri qorumaqda davam etməkdir.