AZ

Fransalı müdafiəçi “Çelsi” ilə “Mançester Yunayted”in hədəfindədir

BAKI, 4 yanvar. TELEQRAF

İtaliya “Udineze”sinin futbolçusu Umar Sole Avropanın nəhəng klublarının transfer hədəfinə çevrilib.

Teleqraf “Caught Offside” portalına istinadən xəbər verir ki, 25 yaşlı mərkəz müdafiəçisi ilə İngiltərənin “Çelsi”, “Mançester Yunayted” və “Tottenhem” klubları yaxından maraqlanır.

Bundan əlavə, İtaliyanın “İnter”, “Milan” və “Roma” komandaları da fransalı oyunçunu öz heyətlərində görmək istəyirlər.

“Udineze” Solenin satın alma öhdəliyi ilə icarəyə verilməsi variantına razıdır.

“Transfermarkt” portalı gənc müdafiəçini 20 milyon avro məbləğində qiymətləndirir.

Qeyd edək ki, Umar Sole cari mövsümdə “Udineze”nin heyətində bütün turnirlərdə 19 matça çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Seçilən
134
50
teleqraf.com

10Mənbələr