AZ

"Real Madrid"dən 80 milyon avroluq transfer tələbi

Yazını böyüt
Yazını kiçilt

"Real Madrid"in yarımmüdafiəçisi Cud Bellinqem klub rəhbərliyindən transfer tələbi edir.

Hafta.az xarici mediaya istinadən xəbər verir ki, o, İngiltərə millisinin və "Kristal Pelas"ın yarımmüdafiəçisi Adam Uortonun "Real Madrid"ə keçidini istəyir.

Uorton taktikaya uyğunlaşmağına, yaxşı topötürmə qabiliyyətinə və topsuz oyunda komandaya dəstək verməsinə görə fərqlənən yarımmüdafiəçidir. "Kristal Palas" onu ucuz qiymətə satmayacaq və danışıqlar aparılan qiymət təxminən 80 milyon avrodur.

Bununla belə, "Real Madrid" onun yarımmüdafiədəki boşluğu doldurmaq üçün lazım olan keyfiyyətlərə malik olduğuna inanır.

Bu mövsüm Uorton bütün yarışlarda 24 oyunda meydana çıxıb və üç məhsuldar ötürmə edib. Onun hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir.

Cud

Seçilən
97
24
hafta.az

10Mənbələr