AZ

Cud Bellinqem “Real”dan onun transferini istəyib

Madrid “Real”ının yarımmüdafiəçisi Cud Bellinqem klub rəhbərliyindən “Kristal Pelas”ın yarımmüdafiəçisi və öz həmyerlisi Adam Uortonun transferini reallaşdırmağı xahiş edib.

90deqiqe.Az-ın "E-Notícies"a istinadən məlumatına görə, 21 yaşlı futbolçu “kral klubu” üçün “ideal gücləndirmə” hesab olunur.

Uortonun transferi Bellinqemi müdafiə xarakterli tapşırıqlardan qismən azad edə, eyni zamanda komandada nəsil dəyişikliyinə töhfə verə bilər.

Qeyd olunur ki, “Kristal Pelas” Uortonu 80 milyon avrodan aşağı məbləğə satmaq niyyətində deyil.

Cari mövsümdə Adam Uorton bütün turnirlərdə 24 oyuna çıxıb və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun London təmsilçisi ilə mövcud müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Transfermarkt portalının məlumatına əsasən, Uortonun bazar dəyəri 60 milyon avro təşkil edir.

Seçilən
193
24
90deqiqe.az

10Mənbələr