Bakı. Trend:
Venesuela Ali Məhkəməsi ölkənin icraçı vitse-prezidenti DelsiRodriqesin dövlət başçısının səlahiyyətlərini müvəqqəti olaraq icraetməsi barədə qərar qəbul edib.
Trend xəbər verirki, bu barədə Venesuela Ali Məhkəməsinin hakimi Tania D'Amelio“Venezolana de Televisión” televiziya kanalında çıxışı zamanıbildirib.
Onun sözlərinə görə, Ali Məhkəmə Respublikanın icraçıvitse-prezidenti Delsi Rodriqesin Venesuela Konstitusiyası vəqanunlarına ciddi şəkildə uyğun olaraq dərhal Respublika Prezidentivəzifələrinin icrasına başlaması barədə göstəriş verib.
D'Amelio qeyd edib ki, bu qərar Ali Məhkəmənin KonstitusiyaPalatası tərəfindən 3 yanvar 2026-cı ildə baş vermiş xarici hərbitəcavüz və Venesuelanın konstitusiya prezidenti Nikolas Maduronunqaçırılması ilə əlaqədar qəbul olunub.
O izah edib ki, məhkəmənin verdiyi qanunvericilik şərhiprezidentin məcburi yoxluğu şəraitində dövlətin inzibatidavamlılığının və ölkənin müdafiəsinin təmin edilməsi məqsədidaşıyır.
Hakim həmçinin vurğulayıb ki, ABŞ tərəfindən Nikolas Maduronunqaçırılması nəticəsində yaranmış müstəsna vəziyyət onun prezidentsəlahiyyətlərini icra etməsini maddi və müvəqqəti olaraqqeyri-mümkün edib.