Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.
Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodrigez ABŞ prezidenti Donald Trampa sülh və dialoq çağırışı ilə mesaj yayımladı.
Bizimyol.info xəbər verir ki, bu barədə siyasətçinin Telegram kanalında dərc olunan yazıda qeyd edilib.
"Xalqlarımız və bölgəmiz müharibəyə yox, sülhə və dialoqa layiqdir. Bu, mənim inandığım, həyatımı həsr etdiyim Venesueladır", - deyə Rodrigez yazıb.
O, əlavə edib ki, Venesuelanın böyük bir gücə çevrilməsini arzulayır.
Xatırladaq ki, 3 yanvarda ABŞ qüvvələri Venesuela ərazisinə hava hücumları təşkil edib. Karakasda və Fort Tiuna hərbi bazasında partlayışlar baş verib. Vəziyyəti şərh edən Tramp Latın Amerikası ölkəsindəki əməliyyatı uğurlu adlandırıb. O, həmçinin ABŞ hərbçilərinin prezident Nikolas Maduro və həyat yoldaşını əsir götürdüyünü açıqlayıb. Ağ Evin hazırkı rəhbərinin sözlərinə görə, Maduro artıq dövlət başçısı deyil və ABŞ "yeni hakimiyyət seçilənə qədər" Venesuelaya nəzarəti öz üzərinə götürəcək.
5 yanvarda Tramp bildirib ki, Vaşinqton Latın Amerikası ölkəsinə qarşı yenidən hərbi güc tətbiq etməyə ehtiyac görmür.
Qeyd edək ki, ABŞ prezidenti daha əvvəl Venesuelada seçkilərin keçirilməsi ehtimalı barədə danışmışdı.
Qadir, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.