AZ

Venesuelanın müvəqqəti rəhbərindən Trampa MÜRACİƏT ETDİ

Venesuelanın müvəqqəti rəhbərindən Trampa müraciətediub.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Delsi Rodriqes ABŞ Prezidentinin “Madurodan betər olarsan” təhdidinə cavab verib.

Məlumata görə, Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriqes ABŞ Prezidenti Donald Trampa ünvanlanmış müraciətini dərc edib.

“Xalqlarımız və regionumuz müharibəyə yox, sülhə və dialoqa layiqdir. Bu, mənim inandığım və həyatımı həsr etdiyim Venesueladır”, – Rodriqes qeyd edib.

O, həmçinin Venesuelanın böyük bir dövlətə çevrilməsini arzuladığını əlavə edib.

Xatırladaq ki, daha əvvəl Donald Tramp bəyan etmişdi ki, prezident səlahiyyətlərini icra edən Delsi Rodriqesin aqibəti devrilmiş Nikolas Madurodan daha pis ola bilər.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
88
40
interpress.az

10Mənbələr