AZ

Maduro Nyu-Yorkda həbsxanaya salındı

ABŞ hakimiyyəti Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresi Nyu-Yorkun Bruklin şəhərindəki həbsxanaya aparıb.

Musavat.com CNN-ə istinadən xəbər verir ki, Maduro və Floresin olduğu təyyarə yerli vaxtla saat 16:30 radələrində (Bakı vaxtı ilə saat 01:30) Nyu-Yorkdakı Stüart Hava Milli Qvardiyası Bazasına eniş edib. Daha sonra Venesuela rəhbəri və həyat yoldaşı Manhettendəki ABŞ Narkotiklərlə Mübarizə İdarəsinə, oradan isə həbsxanaya aparılıb.

ABŞ hakimiyyəti Maduro və Floresi Nyu-York ətrafında daşımaq üçün vertolyotlar və avtomobillərdən istifadə edib.

NBC News-un məlumatına görə, Maduro 5 yanvarda Nyu-Yorkda məhkəmə qarşısına çıxarıla bilər. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
104
50
olaylar.az

10Mənbələr