Venesuela hökuməti rəsmi olaraq dövlət başçısı vəzifəsinin icrasını vitse-prezident Delsi Rodrigezə həvalə edib.Bu barədə yerli "Venezolana de Television" telekanalında hakim Tania Damelio bildirib.
Karakasda keçirilən mərasim zamanı Rodrigez bəyanatla çıxış edib.O, Venesuelanın heç kimin müstəmləkəsi olmayacağını və suverenliyini müdafiə edəcəyini bildirib,Nikolas Maduro və həyat yoldaşının azad edilməsini tələb edib.