BAKI, 4 yanvar. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Ukraynada münaqişənin başa çatdırılmasının gözlədiyindən daha çətin olduğunu bildirib.
Teleqraf xəbər verir ki, o, Mar-a-Laqoda keçirdiyi mətbuat konfransında deyib: “Düşünürdüm ki, ən asan və ya ən asan məsələlərdən biri Rusiya və Ukrayna məsələsi olacaq. Amma belə olmadı”.
Tramp eyni zamanda Vaşinqtonun Ukrayna münaqişəsindən maliyyə baxımından qazanc əldə etdiyini də vurğulayıb.
Xatırladaq ki, daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yanvarın 5-də ABŞ lideri ilə Ukrayna münaqişəsinin nizamlanmasını müzakirə etməyi planlaşdırdığını açıqlamışdı.